
BAKI, 25 fevral. TELEQRAF
Amerikalı alimlər aşkar ediblər ki, təqribən 5 milyon il əvvəl indiki Cənubi Appalaçi dağlarının ərazisində ev pişiyi boyda böyük uçan dələlər yaşayıb.
Teleqraf xəbər verir ki, tədqiqat “Journal of Mammalian Evolution” elmi jurnalında dərc olunub.
Məlumata görə, əvvəllər bu cinsə aid dələlərin yalnız Avrasiyada yaşadığı məlum idi.
Elm adamları hesab edirlər ki, uçan dələlər Şimali Amerikaya Berinq boğazından keçiblər.
Uçan dələlərin müasir növləri Yaponiya, Çin və İndoneziyada yaşayır .Onların çəkisi təxminən 1,5 kiloqrama çatır.