
BAKI, 25 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronu təhqir edib.
Teleqraf xəbər verir ki, bu barədə "Daily Express" yazıb.
Materialda deyilir ki, Fransa liderinə Oval kabinetdəki masanın kənarında oturmaq təklif edilib. Tramp özü isə mərkəzdə, masanın arxasında, rahat, böyük dəri kreslosunda əyləşib.
Daha əvvəl Trampın Ağ Evə avtomobildə gələn Makronu qarşılamağa çıxmaması da diqqət çəkib. Jurnalistlər Makron üçün heç bir rəsmi qəbulun təşkil olunmadığını qeyd ediblər və bildiriblər ki, bu, Vaşinqton üçün Fransanın əhəmiyyətsiz olmasından xəbər verir.