
BAKI, 25 fevral. TELEQRAF
“Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo 2024-cü ilin ən çox qazanan idmançısı olub.
Teleqraf “Sky Sports” nəşrinə istinadən xəbər verir ki, 40 yaşlı futbolçu ötən il təxminən 248 milyon avro qazanıb.
İkinci yerdə “Qolden Steyt”in basketbolçusu Stefen Karri (146 milyon avro), üçüncü yerdə isə boksçu Tayson Fyuri (140 milyon avro) qərarlaşıb.
"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi büdcəsinə 129 milyon avro əlavə edərək, dördüncü yeri tutub.
İlk beşliyi “Los-Anceles Leykers”in basketbolçusu Lebron Ceyms (127 milyon avro) tamamlayıb.