BAKI, 25 fevral. TELEQRAF

Hava şəraiti ilə bağlı paytaxtın bəzi yollarında sıxlıq müşahidə olunur.

Teleqraf xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Hazırda yollardakı vəziyyət belədir:

1. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
2. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
4. Heydər Əliyev prospekti, köməkçi yol, "Koroğlu" m/st istiqamətində;
5. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.