BAKI, 25 fevral. TELEQRAF

Fransa prezidenti Emmanuel Makron Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazır olduqlarını bəyan edib.

Teleqraf “Sky News”a istinadən xəbər verir ki, Makron bu barədə ABŞ prezidenti Donald Trampla jurnalistlər qarşısında görüşündə bildirib.

Fransa rəhbərinin sözlərinə görə, Avropa ölkələrinin qoşunlarının sülhməramlı kimi istifadə edilməsi onların mütləq cəbhə xəttində olacağı anlamına gəlmir.