BAKI, 24 fevral. TELEQRAF
Avropa İttifaqı (Aİ) Suriyaya tətbiq etdiyi bəzi sanksiyaları dayandırıb.
Teleqraf xəbər verir ki, qərar bank, enerji və nəqliyyat ilə bağlı sanksiyalardan gedir.
Aİ Suriyada 2011-ci ildə vətəndaş müharibəsinin başlamasından sonra bu ölkəyə sanksiyalar tətbiq edirdi.