
BAKI, 25 fevral. TELEQRAF
Rusiyanın Vyanadakı xüsusi beynəlxalq nümayəndəsi Mixail Ulyanov Fransa Xarici işlər nazirinin müsahibəsinə münasibət bildirib.
Teleqraf xəbər verir ki, o, öz Telegram kanalında Jan-Noel Barroya cavab verib.
Xatırladaq ki, ötən həftə LCI-yə müsahibəsində Barro bildirib ki, rusiyalı həmkarı Lavrov ona zəng eləsə, dəstəyi qaldırmayacaq.
M.Ulyanov hesab edir ki, Barronu pərişanlıq gözləyir.
Rusiyalı diplomat yazıb: "Lavrovun ona zəng edəcəyini təsəvvür eləmək çətindir. Niyə zəng eləsin axı?"