BAKI, 25 fevral. TELEQRAF

“Çempionlar Liqasının finalına təyinat alan bir hakim matçı çox bərbad idarə etdi”.

Teleqraf xəbər verir ki, bu sözləri “Qalatasaray”ın baş məşqçisi Okan Buruk “Fənərbağça” ilə derbi görüşündən sonra deyib.

Onun sözlərinə görə, əcnəbi referi işinin öhdəsindən uğurla gələ bilməyib: “Çox sayda qayda pozuntuları verirdi, heç bir ciddi səbəb olmadan oyunu dayandırırdı. Dördüncü hakimə heç qulaq da asmırdı. Baş hakim matçı türkiyəli referilərdən daha aşağı səviyyədə idarə etdi”.

Okan Burukdan fərqli olaraq, “Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo hakimlikdən razı qalıb: “Çox yaxşı matç oldu, hakim oyunu yüksək səviyyədə idarə etdi”.

Yada salaq ki, qolsuz başa çatan derbinin baş hakimi sloveniyalı Slavko Vinçiç olub.