BAKI, 25 fevral. TELEQRAF

Kolumbiyanın cənub-qərbində yük maşınının dərəyə düşməsi nəticəsində 8 hərbçi ölüb, 16-sı isə yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə ölkə prezidenti Qustavo Petro məlumat verib.

Məlumata görə, içərisində 36 hərbçi olan maşın təxminən100 metr hündürlükdən dərəyə düşüb.

Hadisənin səbəbləri hələlik bəlli deyil.