BAKI, 7 fevral. TELEQRAF

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddini qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə Qasım Mohiuddin “X” platformasındakı paylaşımında qeyd edib.

“2025-ci ilə doğru irəliləyərkən Pakistan və Azərbaycan arasında qardaşlıq münasibətlərində daha böyük uğurlara nail olmaq üçün öz öhdəliyimizi qoruyuruq”, - deyə o sosial hesabında yazıb.