BAKI, 11 mart. TELEQRAF

Müstəqil Dövlət Birliyi Parlament Assambleyasının (MDB PA) Nəzarət-büdcə komissiyasının videokonfrans formatında iclası keçirilib.

Teleqraf xəbər verir ki, tədbirdə Milli Məclisin MDB PA-da nümayəndə heyətinin üzvləri – MDB PA-nın Nəzarət-büdcə komissiyasının sədr müavini Xanlar Fətiyev və komissiyanın üzvü Azər Badamov iştirak ediblər.

İclasda 2024-cü il üzrə maliyyə öhdəliklərinin yerinə yetirilməsi və 2025-ci il üzrə qurumun büdcəsinin formalaşması, “MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının fəaliyyətinin maliyyələşdirilməsi haqqında” MDB PA Şurasının qərar layihəsi, MDB PA-nın Nəzarət-büdcə Komissiyasının 2024-cü ildəki fəaliyyətinin yekunları və digər məsələlər müzakirə edilib.