BAKI, 12 mart. TELEQRAF

"Ukrayna hərbi əməliyyatları dayandırmağa və Rusiya ilə sülh danışıqlarına başlamağa hazır olduğunu təsdiqləyib".

Teleqraf xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals deyib.

"Ukraynalılar döyüşləri dayandırmağa, silahlarını yerə qoymağa, danışıqlar masası arxasına oturmağa, öz ölkələrinə və dünyaya sülh gətirməyə hazırdırlar", - Vals bildirib.

O əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp münaqişənin həlli üçün diplomatik səyləri ardıcıl olaraq dəstəkləyir.