BAKI, 6 aprel. TELEQRAF

Potensial təhlükəli 2002 TB70 asteroidi aprelin 7-də Yer kürəsinin yaxınlığından keçəcək.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin kosmik agentliyi NASA məlumat yayıb.

Göy cisiminin uzunluğu 163,9 metrdir. Asteroiddən Yerə olan məsafə isə təxminən 5,2 milyon km olacaq.

Əgər asteroid Yerə 7,5 milyon km-dən az məsafədən yaxınlaşırsa və ölçüsü 150 metri keçərsə, NASA onu potensial təhlükəli obyekt hesab edir.