BAKI, 22 noyabr. TELEQRAF
İranın Xarici Siyasət və Milli Təhlükəsizlik Komitəsinin sözçüsü İbrahim Rzayi ölkəsinin təhdidlərinin real olduğunu və onların həyata keçirilə biləcəyini bəyan edib.
Teleqraf xəbər verir ki, o, bu barədə İranın “Tasnim” xəbər agentliyinə açıqlamasında danışıb.
Rzayinin sözlərinə görə, ABŞ qarşısında iki seçim var: ya raketlərə, ya da diplomatiyaya təslim olmaq.
İran rəsmisi İsrailin hücumlarına cavab olaraq bu ölkəyə zərbələr endiriləcəyini də bildirib.
“Əgər düşmən neft emalı zavodları, elektrik stansiyaları və digər obyektlər də daxil olmaqla infrastrukturumuzu hədəf alarsa, biz də eyni qaydada İsrailin infrastrukturunu hədəfə alacaq və məhv edəcəyik”, – deyə Rzayi diqqətə çatdırıb.
Qeyd edək ki, İran rəsmisinin bu açıqlaması regionda hərbi qarşıdurmanın davam etdiyi bir vaxtda səsləndirilib.