BAKI, 24 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp qarşıdan gələn Şükranlıq Günü münasibətilə iki hind quşunu əfv edəcək.

Teleqraf xəbər verir ki, Ağ Evin açıqlamasına görə, bu il Kurlik və Viçluen bayram masasında olmayacaq.

Hind quşlarının əfv mərasimi Con Kennedi tərəfindən 1963-cü ildən keçirilir. Noyabrın dördüncü cümə axşamı günü amerikalılar Şükran günündə əsasən hinduşka əti bişirirlər.