BAKI, 18 noyabr. TELEQRAF
Pskov vilayətində gömrükçülər Rusiya-Estoniya sərhədini keçməyi planlaşdıran Almaniya vətəndaşının üzərindən 21 qızıl külçə aşkar ediblər.
Teleqraf xəbər verir ki, bu barədə regional Federal Məhkəmə İcraçıları Xidməti məlumat yayıb.
Külçələr “Şumilkino” keçid məntəqəsində “Mercedes-Benz” markalı avtomobilə baxış zamanı aşkar edilib.
Bütün 21 külçə 99,9% saf idi və Degussa Feingold ticarət markasını daşıyırdı. Onların çəkisi 13 kiloqramı ötüb və ekspertlər lotun dəyərini külli miqdarda 108 milyon rubl qiymətləndiriblər.
Federal Məhkəmə İcraçıları Xidməti əlavə edib ki, məhkəmə müsadirə edilən qızılların dövlətə keçirilməsinə qərar verib.