BAKI, 16 noyabr. TELEQRAF

Bu gün Yer kürəsində yeni maqnit qasırğası gözlənilir.

Teleqraf xəbər verir ki, bu barədə Britaniya Geoloji Xidməti məlumat yayıb.

Mütəxəssislərin sözlərinə görə, koronal kütlə atılmalarının təsiri zəiflədikcə Günəş küləyinin sürəti də tədricən aşağı düşür, lakin göstəricilər hələ də normadan yuxarıdır. Bu səbəbdən yenidən geomaqnit aktivliyinin yüksəlməsi ehtimalı qalır. Proqnozlara əsasən, bu gün baş verəcək maqnit qasırğası zəif – G1 səviyyəsində olacaq.

Son günlər Günəşdə bu ilin ən güclü partlayışlarından biri qeydə alınıb. Xüsusilə Afrikanın və Avropanın bir çox ölkəsində yüksək tezlikli radiorabitədə ciddi problemlər yaranıb. Mütəxəssislər hazırkı Günəş fəallığının hələ davam etdiyini və yaxın günlərdə də geomaqnit dalğalanmalarının mümkən olduğunu bildirirlər.