BAKI, 13 noyabr. TELEQRAF

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Amur pələnglərinin bağışlanması barədə tapşırıq Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Moskvaya dövlət səfəri zamanı əldə olunub.

Qazaxıstana Rusiyadan iki erkək və iki dişi Amur pələngi veriləcək.

Qeyd edək ki, Amur pələngləri 1948-ci ildə Qazaxıstanda nəsli kəsilmiş Turan pələnglərinin ən yaxın qohumlarıdır.