BAKI, 22 sentyabr. TELEQRAF
Məhəmməd peyğəmbərin saçı, Kəbə örtüyünün bir hissəsi və digər eksponatlar Moskva Katedral Məscidindəki İslam Muzeyində nümayiş etdiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müsəlmanları Ruhani İdarəsi məlumat yayıb.
“Müsəlman Ruhani İdarəsi ilahiyyatçı Musa Biqiyevin 150 illik yubileyi şərəfinə beynəlxalq forumda Moskva Katedral Məscidinin açılışının 10 illiyini də qeyd edəcək”, - deyə agentlik məlumat yayıb.
Sentyabrın 23-də Moskvadakı müsəlman məbədində “Səmavi kitabdan verilmiş nüsxə...” adlı sərgi açılacaq. Tədbirdə həmçinin rus şairi Aleksandr Puşkinin “Quran təqlidləri” poeziya silsiləsinin 200 illiyi qeyd olunacaq.
"Hər kəs sərgini ziyarət edə bilər. Geyimdən başqa heç bir məhdudiyyət yoxdur. Hər kilsədə olduğu kimi, burada da ciddi geyim qaydalarına riayət edilməlidir" - Rusiya Müsəlmanları Ruhani İdarəsi bildirib.
Ziyarətçilər sərgidə Məhəmməd peyğımbərin tükü, Kəbənin örtüyü və Quranın qədim əlyazma nüsxələri ilə tanış ola biləcəklər.