BAKI, 23 avqust. TELEQRAF
Fransanın Lion şəhərindən Portuqaliyanın Porto şəhərinə uçan “EasyJet” aviaşirkətinə məxsus təyyarə istiqamətini dəyişib.
Teleqraf xəbər verir ki, məlumatı “France Presse” yayıb.
Bildirilir ki, 26 yaşlı portuqaliyalı təyyarə havaya qalxdıqdan az sonra kabinəyə daxil olmağa çalışsa da, digər sərnişinlər onu saxlayıblar. Daha sonra o, polis tərəfindən saxlanılıb. Tibbi müayinə portuqaliyalının hündürlük qorxusundan və hallüsinasiyalardan əziyyət çəkdiyini təsdiqləyib.