BAKI, 12 avqust. TELEQRAF

"Borey" yüngülmühərrikli təyyarəsi Rusiyanın Kemerovo vilayətinin Mozjuxa kəndi yaxınlığında Tom çayına sərt eniş edib.

Teleqraf xəbər verir ki, bu barədə TASS-a Qərbi Sibir Nəqliyyat Prokurorluğundan bildirilib.

İlkin məlumatlara görə, şəxsi uçuşu yerinə yetirərkən "Borey" yüngülmühərrikli təyyarəsi (iki sərnişinlik) Kemerovo vilayətinin Mozjuxa kəndi yaxınlığında Tom çayına sərt eniş edib. Hadisənin baş vermə şəraiti və səbəbləri müəyyən edilir.

Kemerovo Nəqliyyat Prokurorluğu uçuş təhlükəsizliyi qanunvericiliyinə əməl olunması ilə bağlı yoxlama aparır.