BAKI, 9 avqust. TELEQRAF
Kanadanın Vankuver şəhərində evə daxil olan ayını Pomeran şpitsi cinsli it qovub.
Teleqraf xəbər verir ki, bu barədə “CTV News” məlumat yayıb.
Vankuverdə yerləşən evin təhlükəsizlik kamerası balaca itin onun yeməyini yeyən qara ayını necə qovduğunu yaddaşına həkk edib.
Videoda ayının açıq evə daxil olduğu və otaqlarda gəzdiyi əks olunub. Bundan sonra onun üzərinə gələn kiçik it yırtıcını evdən qovmaqla kifayətlənməyib, onu küçədə də təqib edib.