BAKI, 19 iyul. TELEQRAF

Floridada (ABŞ) pul əvəzinə manqo qəbul etməyə başlayıblar.

Teleqraf xəbər verir ki, “Fox News” “Öz manqonunu gətir” adlı qeyri-adi kampaniya barədə məlumat yayıb.

Bildirilir ki, bir neçə restoran ziyarətçilərə manqo əvəzinə Mango-Tango kokteyli, sərinləşdirici içkilər üzrə ixtisaslaşmış şirkət isə manqo üçün laktozasız desert təklif edir. Altı manqo əvəzində yerli çörək dükanlarında bir çörək almaq olar.

Tədbirin təşkilatçılarından biri telekanala bildirib ki, bir çoxları mübadilə üçün əllə yetişdirilən manqo gətirirlər: "İndi manqo mövsümünün zirvəsidir və onlar Mayami Latın Amerikası mədəniyyətinin parlaq atributudur, ona görə də düşündük: niyə bu hadisəni qeyd etməyək?"

Yayın sonuna qədər manqo ilə çörək və içkilərin pulunu ödəmək mümkündür.