BAKI, 14 iyul. TELEQRAF

Polşada arxeoloqlar bölgənin ən qədim və tarixi əhəmiyyətə malik qəbirlərini aşkar ediblər.

Teleqraf xəbər verir ki, bu barədə "Archeology News" məlumat yayıb.

Poznandakı Adam Mickieviç Universitetinin tədqiqatçıları Viskoç kəndindəki Xlapovski Landşaft Parkında adi bir araşdırma zamanı "Polşa Piramidaları" adlandırdıqları üçbucaqlı strukturları aşkar etdilər.

5500 il əvvələ, eramızdan əvvəl 4-cü minilliyə aid olan bu piramidalar bölgədə aşkar edilən azsaylı qəbirlərdəndir.