BAKI. 14 iyul. TELEQRAF
Türkiyənin Kayseri şəhərinin Məlikqazi qəsəbə sakini Mustafa Halıcıoğlu babasından qalma evin zirmzəmisini təmizləyərkən təxminən 2 min yaşı olan şəhər aşkarlayıb.
Teleqraf "Hurriyet"ə istinadən xəbər verir ki, qədim şəhər məşhur türkiyəli memar Memar Sianın doğulduğu evin qonşuluğundakı tikilinin zirzəmisi təmizlənərkən üzə çıxıb.
Halıcıoğlu malikanəsi babadan nəvəyə miras qalıb. Mustafa Halıcıoğlu təmizlik işləri apararkən evin altında yeraltı şəhər olduğunu aşkar edib: "Uuzn müddətdir ki, bu evdə heç kəs yaşamayıb. Burada mağaraların olduğunu bilirdik, amma diqqət yetirməmişdik. Buranı turizm məkanı etmək istəyirik".
Alimlər tapılan mağaranın 2 min əvvək Anadoluda yaylasındakı şəhərin bir hissəsi olduğunu bildirirlər.
Ərazidə arxeoloji araşdırmalar davam etdirilir.