LAÇIN, 11 iyul. TELEQRAF
Gözəl və mənzərəli təbiəti göz oxşayan Laçın zəngin faunaya malikdir. Dağlarında ceyran gəzən Laçın bu aylarda daha görməli olur.
Teleqraf-ın Qarabağ bürosu xəbər verir ki, hazırda Laçında ceyranlarla tez-tez rastlaşmaq mümkündür. Bu gün Laçın rayonunun Ərikli kəndində ceyral və balasının görüntüləri qeydə alınıb.
Qeyd edək ki, Laçın meşələrində qonur ayı, canavar, tülkü, çaqqal, keçi, ceyran, maral, cüyür, qaban və bir çox məməlilər sinfinə daxil olan heyvanlara rast gəlinir.
Həmin görüntüləri təqdim edirik:
