BAKI, 10 iyul. TELEQRAF

Borc bataqlığında batan, birinci arvadı döyüb ikincini alan müsəlman məsuliyyətsiz insan, heyvandır.

Teleqraf xəbər verir ki, bunu Rusiya Müsəlmanları Ruhani İdarəsinin (SAM) üzvü, təşkilatın Üləmalar Şurasının rəhbəri və Moskvadakı məscidin müftisi Şamil Alyautdinov özünün "Telegram" kanalında deyib.

Alyautdinov bildirib ki, kişi birinci arvadı ilə şəxsi münasibətlərini nizamlamadığı bir vəziyyətdə ikinci müsəlman nikahına girməməlidir.

"Belə insanlar heyvan kimidirlər. Hətta heyvanlar onlardan daha məsuliyyətli davranırlar", - müfti bildirib.

Bundan əvvəl Moskvanın müftisi İldar Alyautdinov bildirmişdi ki, Müsəlman Ruhani İdarəsi (Mİİ) paytaxtda çoxarvadlılıq kursları ilə bağlı məlumatların əks olunduğu vərəqələrin yayılması ilə bağlı polisə müraciət edəcək. Onun sözlərinə görə, bu, "cəmiyyətin sabitliyini pozmaq üçün təxribat törədən" ilk hadisə deyil.