
BAKI, 8 aprel. TELEQRAF
Böyük Britaniyada tikilməkdə olan Atom Elektrik Stansiyasında böyük siçovul dəstələri dolaşmaqdadır.
Teleqraf xəbər verir ki, bu barədə "The Guardian" yazıb.
Söhbət Somersetdə tikilməkdə olan Hinkley Point C Atom Elektrik Stansiyasından gedir.
Nəşr bildirir ki, ərazidə yaşayan siçovullar insanlardan qorxmur və hər yerdə gəzirlər.
Həmkarlar ittifaqlarının məsələ ilə bağlı tikintiyə nəzarət edən Fransanın Dövlət Enerji Şirkətinə şikayət etdikləri bildirilir.
Xüsusi komissiya vəziyyəti qiymətləndirib və artıq tədbir görür.