
BAKI, 8 aprel. TELEQRAF
Avstraliyalı alim Karl Kruşelski qocalma prosesinin orijinal konsepsiyası ilə çıxış edib.
Teleqraf “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, alim qocalmanın tədricən baş verən bir proses olmasını qəbul etmir.
Daha doğrusu, qocalmada bir sıra qəfil, kəskin dəyişikliklər olduğunu önə çəkib.
Kruşelski iki kritik yaş həddi müəyyən edib. Birincisi təxminən 45 yaşda baş verir. Dərinin pisləşməsi, əzələ kütləsinin azalması və nəticədə maddələr mübadiləsinin yavaşlaması ilə xarakterizə olunur. Bu dövrdə dərin qırışlar yaranır, bədənin yağları və spirti emal etmək qabiliyyəti əhəmiyyətli dərəcədə azalır.
Alimin fikrincə, sürətli qocalmanın ikinci mərhələsi 65 yaşından başlayır və immunitet sisteminin əhəmiyyətli dərəcədə zəifləməsi ilə müşayiət olunur. Bu da orqanizmi xəstəliklərə qarşı daha həssas edir.