BAKI, 1 aprel. TELEQRAF

Çin alimləri 3D texnologiyasından istifadə etməklə 16 min il əvvəl yaşamış insanın üzünü rekonstruksiya ediblər.

Teleqraf xəbər verir ki, bu barədə “Journal of Archaeological Science” jurnalında məqalə verilib.

Məlumata görə, rəqəmsal olaraq canlandırılan üzün yuvarlaq xətləri, dar göz xətti və düz burun quruluşu diqqət çəkib.

Dərc edilən araşdırma, Çinin cənubunda erkən insan fiziologiyası və üz cizgilərinin təkamülü haqqında ipucu verir.

Mütəxəssislər araşdırmanın gələcək antropoloji tədqiqatlar üçün vacib istinad olduğunu vurğulayıblar.