
BAKI, 30 mart. TELEQRAF
Rusiyanın Samara vilayətində Vladimir Leninin heykəli satışa çıxarılıb.
Teleqraf xəbər verir ki, təklif pulsuz elanlar saytında yerləşdirilib.
"Qiymət" qrafasında satıcı 100 min rubl göstərilsə də, satıcı qeyd edib ki, onu satmaq yox, maşınla, özü də "Oka" markalı maşınla dəyişmək istəyir.
O da qeyd olunur ki, Leninin ikimetrlik bu heykəli gipsdən hazırlanıb.