BAKI, 29 mart. TELEQRAF

Almaniyanın Şimal dənizində yerləşən Vangeroq adası görünməmiş kadr böhranı ilə üz-üzədir.

Teleqraf "Şpigel"ə istinadən xəbər verir ki, adanın tarixində ilk dəfə olaraq yerli şura qəzet elanı vasitəsilə bələdiyyə başçısı axtarmağa məcbur olub.

Hazırkı məmurlar və siyasətçilər arasında namizədlərin azlığından narahat olan yerli parlamentin üç fraksiyası bu qeyri-adi tədbirə əl atıb.

Namizədlər ciddi meyarlara cavab verməlidirlər: adada yaşamalı, ali təhsilə və idarəetmə təcrübəsinə malik olmalıdırlar.

Müraciətlər iyunun ortalarına qədər qəbul edilir, seçkilər isə iki ay sonraya təyin edilib. Yəqin ki, yeganə namizəd olacaq qalib 8 il müddətinə seçilir.