BAKI, 25 mart. TELEQRAF

Los-Ancelesdən Çinə uçan Amerika təyyarəsi pilotun pasportu olmadığı üçün ABŞ-yə qayıtmaq məcburiyyətində qalıb.

Teleqraf xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

"United Airlines"a məxsus Los-Ancelesdən uçan təyyarənin göyərtəsində 257 sərnişin və 13 ekipaj üzvü olub. Uçuş zamanı məlum olub ki, pilotlardan biri pasportunu özü ilə aparmayıb. Təyyarə yeni heyətin gözlədiyi San-Fransisko hava limanına eniş edib. Aviaşirkət sərnişinləri yemək çeki və kompensasiya ilə təmin edib.

İnsidentə görə təyyarə Şanxaya 6 saat gec gəlib.