BAKI, 24 mart. TELEQRAF

Rusiyanın Moskva şəhərində polis əməkdaşı oxuduğu "Daxili İşlər Nazirliyi mənim deyil" mahnısına görə işdən çıxarılıb.

Teleqraf xəbər verir ki, bu barədə "RİA Novosti" məhkəmə sənədlərinə istinadən xəbər verir.

Təhlükəsizlik əməkdaşı boş vaxtlarında rep yazdıraraq sosial şəbəkələrdə yayımlayıb. Onun həmkarları mahnıların məzmununa diqqət çəkiblər. Mahnıların sözlərində söyüş və narkotik təbliğatı olub. Nəticədə polis əməkdaşı işdən çıxarılsa da, o, bu qərara məhkəmədə etiraz etməyə çalışıb. Məhkəmə onun işdən çıxarılmasını qanuni hesab edib.