BAKI, 23 mart. TELEQRAF

Kaliforniya Universitetinin alimləri insultdan sonra hərəkətlərə nəzarəti tam bərpa edə bilən dərman hazırlayıblar.

Teleqraf xəbər verir ki, bu barədə "Newatlas" nəşri məqalə hazırlayıb.

Alimlər dərmanı "DDL-920" adlandırıb. O, uzunmüddətli fiziki terapiyanın köməyi olmadan insult keçirmiş xəstələr üçün hərtərəfli reabilitasiya təmin edə bilən ilk vasitə sayılır.

Qrupun aparıcı müəllifi, professor və universitetin nevrologiya kafedrasının sədri doktor Tomas Karmayklın sözlərinə görə, yeni dərman xəstələrin sağalmasını molekulyar təbabət dövrünə aparacağını deyib.

"DDL-920" siçanlar üzərində sınaqdan keçirilib və neyron əlaqəni bərpa edərək beyin zədələnməsini bərpa edə bilib. Dərman indi xəstələr üzərində sınaqlardan keçiriləcək.