
BAKI, 17 mart. TELEQRAF
Orta yaşlarda pəhriz və düzgün qidalanma sonrakı illərdə beyin sağlamlığına təsir göstərir.
Teleqraf xəbər verir ki, bu nəticəyə britaniyalı alimlər gəliblər.
Onların araşdırması “JAMA Network Open” jurnalında dərc olunub.
Tədqiqatda 21 il ərzində bədən parametrləri və pəhrizi qeydə alınan 664 nəfər iştirak edib. Daha sonra onların beyinləri maqnit rezonans tomoqrafiyası vasitəsilə yoxlanılıb.
Alimlər vurğulayırlar ki, orta yaş kritik bir dövrdür, pəhriz və çəki nəzarətindəki dəyişikliklər qocalıqda beyin sağlamlığına böyük fayda verir.
Tədqiqatçılar yaşla əlaqəli xəstəliklərin qarşısını almaq üçün pəhriz keyfiyyətini yaxşılaşdırmaq və piylənməyə nəzarət etməyi tövsiyə edirlər.