BAKI. 15 mart. TELEQRAF

Türkiyənin hüquq-mühafizə orqanları Antalyadakı qəbiristanlıqda fotosessiya etdirərək məzar daşları üzərində kart oynayan iki əcnəbi qadına qarşı cinayət işi açıb.

Teleqraf "Haber7"yə istinadən xəbər verir ki, bu günlərdə sosial mediada Antalyadakı qəbiristanlıqda poz verən rusdilli qızların videolar yayılıb.

32 yaşlı moskvalı Eliza Sannikova və 29 yaşlı Odessa sakini Katerina-Alexandra Lyubimova Muratpaşa rayonundakı Andizli qəbiristanlığında "nalayiq davranışlar" etməkdə təqsirli bilinirlər.

Qadınlar martın 10-da ölkəni tərk ediblər.