BAKI, 15 mart. TELEQRAF

İngiltərədə Mian Muavar Şah adlı cırrah 100-ə yaxın xəstəni şikəst edib.

Teleqraf xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Həkimin qurbanlarından biri 51 yaşlı qadın Ancela Qloverdir. Şah 2018-ci ildə xəstənin çiyninin çıxardığını iddia edərək, onun çiyninə metal sancaqlar taxıb.

Sonradan məlum olub ki, xəstənin yalnız əzələ yırtığı olub. Ancelanın sözlərinə görə, həkim səhlənkarlığı ucbatından daim ağrılarla yaşayır, yeni doğulan nəvəsini belə qucağına ala bilmir.

Araşdırmalar zaman bəlli olub ki, 91 xəstəyə “qeyri-standart” tibbi yardım göstərilib, onların hamısı çiyin və ya bilək əməliyyatı edilib. Həkimin sümüklərin çıxarılması və ya protezlərin taxılması kimi mürəkkəb əməliyyatları yerinə yetirmək bacarığının olmadığı aşkar edilib.

Qəribə olayın baş verdiyi xəstəxananın rəhbəri zərərçəkən xəstələrdən və onların ailələrindən üzr istəyib.

Həkimin cəzalanacağı və xəstələrə dəyən ziyana görə pul kompensasiyası barədə məlumat verilməyib.