
BAKI, 11 mart. TELEQRAF
Mövsüm dəyişiklikləri zamanı hava şəraiti tez-tez dəyişir. Temperaturun qəfil dəyişməsi bədənin uyğunlaşmasını çətinləşdirir və xəstəlik riskini artırır. Temperaturun ani dəyişməsi soyuqdəymə və qripə birbaşa səbəb olmur, lakin onların yayılmasını asanlaşdırır.
Teleqraf xəbər verir ki, soyuq hava birbaşa xəstəlik yaratmasa da tənəffüs sisteminə təsir edir.
Xüsusilə küləkli və soyuq havada qalmaq əzələ ağrılarına səbəb ola, sinə, bel və boyunda ağrılar yarana bilər. Baş ağrılarının isə uzun müddət davam etmək ehtimalı var.
Araşdırmalara görə, soyuq və günəşli hava tənəffüs yollarında infeksiyaların yayılmasını asanlaşdırır. Bu vəziyyət sətəlcəm, bronxit və KOAH kimi xəstəliklərin yaranma riskini artırır. Astma xəstələrinə də mövsüm dəyişiklikləri ciddi təsir göstərir.
Mütəxəssislər mövsümi keçidlərdə immuniteti qorumaq üçün aşağıdakı tövsiyələri verir:
Bədənin ehtiyac duyduğu vitamin və minerallarla təmin edən mövsümi tərəvəz və meyvələrlə qidalanın .
Həftədə ən azı bir dəfə balıq və bir dəfə qırmızı ət yemək faydalıdır.
Bəkməz və bal enerji verir və bədəni gücləndirir.
Gecə saat 10-11 arasında yatmaq bioloji ritm üçün vacibdir.
Gün ərzində kifayət qədər su içmək sağlamlığı qorumağa kömək edir.