BAKI, 11 mart. TELEQRAF

Kiyevdə ABŞ Prezidenti Donald Trampın adını daşıyan iki kafe bundan sonra başqa cür adlanacaq.

Teleqraf xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.

Müəssisə sahibi ABŞ-nin Ukraynaya hərbi yardımı kəsməsindən sonra bu qərara gəlib. O, kafelərin üzərindəki lövhəni qopardıb.

Kiyevin tam mərkəzində yerləşən bu iaişə obyektləri əvvəllər "Trump Coffee Bar" və "Trump Pizza Station" kimi tanınırdı.