
BAKI, 9 mart. TELEQRAF
Çinli alimlər damar tıxanıqlığının qarşısını almaq üçün yeni nanovaksin hazırlayıblar.
Teleqraf xəbər verir ki, bu vaksin insult və infarkt riskini azalda bilər.
Tədqiqat Nankin və Çin Elm və Texnologiya Universitetlərinin alimləri tərəfindən aparılıb. Yeni vaksin iki əsas komponentdən ibarətdir:
Dəmir oksidinin nanohissəcikləri antigeni daşıyaraq immun sistemini aktivləşdirir.
İkinci komponent vaksinin təsirini gücləndirir və damar divarında yağ yığılmasının qarşısını alır.
Aparılan laboratoriya sınaqları vaksinin ateroskleroza qarşı effektivliyini sübut edib. Siçanlar üzərində aparılan testlər müsbət nəticələr verib. Alimlər vaksinin daha iri heyvanlar üzərində yoxlanılacağını, daha sonra isə klinik sınaqlara başlanacağını bildiriblər.
Mütəxəssislər hesab edirlər ki, bu vaksin ürək-damar xəstəliklərinin profilaktikasında mühüm rol oynaya bilər.