
BAKI, 7 aprel. TELEQRAF
2024-cü il tarixinə Gürcüstanın xalis beynəlxalq investisiya mövqeyi mənfiyə düşüb.
Teleqraf "Sputnik Georgia"ya istinadən xəbər verir ki, qonşu ölkəyə investisiyalar 30 milyard dollar təşkil edib.
Ötən ilin dördüncü rübündə investisiyalar 163,7 milyon dollar azalıb. Gürcüstanın xalis investisiya mövqeyinin kəsiri son dörd rüb ərzində ÜDM-in 89%-ni təşkil edib.
Ümumi beynəlxalq aktivlər 2024-cü ilin üçüncü rübünün sonundan 353,8 milyard dollar azalaraq 17,4 milyard dollar olub.