
BAKI, 7 aprel. TELEQRAF
ABŞ Hərbi Dəniz Qüvvələrinin vitse-admiralı Şoşana Çatfild işdən çıxarılıb.
Teleqraf "Röyters"ə istinadən xəbər verir ki, Çatfild eyni zamanda NATO-da yüksək vəzifə tutur.
Nəşr Tramp administrasiyasının bu addımını milli təhlükəsizlik sahəsində təmizləmələrlə bağlı olduğunu ehtimal edir.
Agentlik məlumatı üç mənbənin təsdiq etdiyini bildirir.