
BAKI, 7 aprel. TELEQRAF
Avropa İttifaqının (Aİ) müdafiə nazirləri Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasının tərəfdarı olduqlarını bildiriblər.
Teleqraf xəbər verir ki, bu barədə Fransanın Ermənistandakı səfiri Olivye Dekotini məlumat verib.
“Nazirlər vurğulayıblar ki, Ermənistan və Azərbaycan arasında münasibətlərin hər iki dövlətin ərazi bütövlüyü və suverenliyinə əsaslanaraq normallaşması Cənubi Qafqazın sülh, inteqrasiya və əməkdaşlıq regionuna çevrilməsinə imkan verəcək”, - səfir qeyd edib.