BAKI, 7 aprel. TELEQRAF

Azərbaycanda bu ilin fevral ayında mobil telefonların orta satış qiyməti 346,17 manat olub.

Teleqraf xəbər verir ki, Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, bu, ötən ilin fevral ayı ilə müqayisədə 24,03 manat və ya 6,5 faiz azdır.

2024-cü ilin fevralında Azərbaycanda mobil telefonların orta satış qiyməti 370,20 manat olub.