BAKI, 7 aprel. TELEQRAF

“Bu il 30 yeni vaqon xəttə veriləcək”.

Teleqraf xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin sədrinin müşaviri Emil Əhmədov bildirib.

Onun sözlərinə görə, 10 yeni stansiyanın tikilməsi qatar sayının artmasını tələb edəcək.

“Bu səbəbdən 5 il ərzində 300-dək yeni vaqonun alınması üçün hazırda monitorinqlər aparılır. Əlavə edim ki, bununla vaqonlara texniki xidmət imkanlarının genişlənməsi də zəruri olacaq. Buna görə də “Xocəsən” deposunun ikinci mərhələsi başlayacaq”.