
BAKI, 7 aprel. TELEQRAF
Azərbaycan bu ilin yanvar ayında 10 milyon 736.82 min dollar dəyərində 1528.33 ton kərə yağı idxal edib.
Teleqraf xəbər verir ki, Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, kərə yağının 58 faizi - 887.22 tonu İrandan idxal edilib.
Bu ötən ilin yanvar ayı ilə müqayisədə 2.1 dəfə çoxdur.
Ötən ilin yanvarında Azərbaycan İrandan 416.52 ton kərə yağı idxal etmişdi.