
BAKI, 8 aprel. TELEQRAF
Parisdəki zavodda yanğın davam edir.
Teleqraf xəbər verir ki, hadisə yerinə yanğınsöndürmə qüvvələri cəlb edilsə də, yanğını söndürmək mümkün olmayıb.
Paris yanğınsöndürmə briqadasının komandiri bildirib ki, hazırda bir divarın uçmaq təhlükəsi var.
Bu arada, yanğın nəticəsində meydana gələn tüstünün zəhərli olması barədə ehtimallar irəli sürülür.
***
7 aprel, 23.16
Parisin şimal-qərbində böyük yanğın başlayıb.
Teleqraf xəbər verir ki, məlumatı BFMTV telekanalı yayıb.
Yanğın Syctom tullantıların emalı zavodunda baş verib.
Hadisənin baş verdiyi rayonun meri Jofrua Bular sakinlərə ərazidən uzaqlaşmağı məsləhət görüb. O bildirıb ki, dairəvi yolda hər iki istiqamətdə hərəkət dayandırılıb və əraziyə böyük sayda qüvvə cəlb olunub.