
GORANBOY, 7 aprel. TELEQRAF
Goranboyun Xoylu kəndində göy satılan sahədə kəndlilər arasında mübahisə davaya çevrilib.
Teleqraf-ın yerli bürosunun məlumatına görə, insident kənddə göyərti satışı zamanı müştəri üstündə yaranmış mübahisə zəminində baş verib.
Mübahisə nəticəsində 23 yaşlı Yunus Qasımov döyülərək, ağır xəsarət alıb və yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.
Ona ilkin tibbi yardım göstərilib. Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
İlkin ehtimallara görə, Y. Qasımova hücum zamanı “beşbarmaq” adlanan alətdən istifadə olunub.
Faktla bağlı rayonun hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.