BAKI, 7 aprel. TELEQRAF

“28 May” stansiyasından “Cəfər Cabbarlı” stansiyasına daha bir keçid tikiləcək”.

Teleqraf-ın xəbərinə görə, bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, bu isə sərnişin axını gur olan “28 May” stansiyasından “Cəfər Cabbarlı” stansiyasına və əksinə sərnişin axınının parçalanmasına və hərəkətin daha intensiv tənzimlənməsinə, təhlükəsizliyin daha da artırılmasına əsaslı şəkildə təsir göstərəcək.

Qeyd edək ki, layihənin icrası, sadəcə, tunelin və keçidin tikintisi ilə məhdudlaşmır.